Azərbaycanda yeni kiberdələduzluq növü yayılır: Ölmüş insanların nömrələri ilə...

"Yeni bir kiberdələduzluq növü çox sürətlə Azərbaycanda yayılır. Ölmüş insanların, yaşlı adamların, köhnə nömrələrin, "WhatsApp"ı və "Telegram"ı olmayan adamların nömrələrində hesablar açılır və həmin hesablarda şəxslərin profil fotolarından, məlumatlarından istifadə edilərək dost və qohumlardan borc, yardım istənilir".

Bakupost.az xəbər verir ki, bunu İT eksperti Fərid Pərdəşünas bildirib.

Ekspert bu kiberdələduzluq növündən qorunmağın yolunu da izah edib:

"Qurbanlar çoxdur. İki gün əvvəl bir dostumuzun həyatını itirmiş babası "WhatsApp" hesabı açıb və insanlara yazmağa başlayıb. İşin qorxulu tərəfi təsdiqləmə kodu olmadan dələduzlar bunu edə bilir. Çox diqqətli olmaq lazımdır və təcili olaraq "WhatsApp"da 2 mərhələli girişi alktivləşdirməlisiniz.

Hazırda qurbanlar hesablarını bərpa edə bilmirlər. Çünki dələduz o qədər insana spam, borc istək mesajı atır ki, "WhatsApp" həmin nömrələri bloklayır və nömrəyə qadağa qoyur".

 

Aysel

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycan Dəmir Yolları" QSC-nin yarımstansiyasında yanğın olub

SONRAKI XƏBƏR

Bakının ulduzu parlayır, maksimum çalışır... - Danielyan