Bakı metrosunda sahibsiz əşya tapılıb? - Rəsmi AÇIQLAMA

Metronun “Ulduz” stansiyasında sahibsiz çanta tapılıb.

Sözügedən hadisə bu gün baş verib. İki şəxsin çantanı stansiyanın platformasında yerə ataraq qaçması digər sərnişinlər arasında təşvişə səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a verilən məlumata görə, hər hansı təhlükəli məqam yoxdur.

Sərnişinlərdən biri sahibsiz çanta olduğunu zənn edərək maşinist rabitəsi vasitəsi ilə məlumat verib. Maşinist stansiya növbətçisi və polis əməkdaşı ilə birlikdə vaqona baxış keçirib:

“Həmin sərnişinin iştirakı ilə keçirilən baxış zamanı əşyanın sahibi tapılıb. Heç bir narahatlıq baş verməyib. Sərnişinlərin bu cür ayıq-sayıq olması bizi sevindirir. Lakin məsələnin mətbuatda kontekstdən çıxarılaraq paylaşılması, ajiotaj yaradacaq formada ictimailəşdirilməsi bir qədər təəssüf doğurur. Orada hər hansı çəkilişin aparılması, sosial şəbəkədə paylaşılmasına dair iddialar həqiqəti əks etdirmir”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın Azərbaycandakı səfirliyi elektrik enerjisini fərqli üsulla əldə edir - FOTO

SONRAKI XƏBƏR

Ərdoğan: “Beynəlxalq ictimaiyyət 30 ilə yaxın davam edən işğal qarşısında heç bir addım atmadı”