Polis Balakəndə reyd keçirib, qaydaları pozan sürücülər cərimələnib

Polis Balakəndə reyd keçirib, qaydaları pozan sürücülər cərimələnib<span class="qirmizi"></span>

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozmaqla digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən nəzarət tədbirləri zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında,səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar edilib.

Onlarla izahedici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Mənbə: report.az