Bu vitaminlərin heç bir faydası yoxdur! - Professorlardan ŞOK

Bu vitaminlərin heç bir faydası yoxdur! - Professorlardan ŞOK<span class="qirmizi"></span>

Bir çoxumuz reseptsiz satılan vitaminlərin və qida əlavələrinin qeyd-şərtsiz faydalı olduğuna əminik. Lakin məlum olub ki, onlardan bəziləri həm əlavə xərcdir, həm də sağlamlıq üçün potensial təhlükədir.

Publika.az oxucuları vitaminlər haqqında ekspertləin fikirləri ilə tanış edir.

Multivitamin kompleksləri

Tədqiqatlar göstərir ki, multivitaminlər monovitaminlərdən qat-qat az təsirlidir. Üstəlik adi balanslaşdırılmış rasion multivitamin komplekslərini asanlıqla əvəz edir. “Adi əlavələrin nə qədər az faydası olduğunu görəndə təəccübləndik. Tədqiqat göstərdi ki, əgər siz multivitamin istifadə etmək istəyirsinizsə, o, zərər vermir, eyni zamanda heç bir effektiv faydası da yoxdur... Sizə lazım olan vitamin və mineralları əldə etmək üçün tərəvəzlər, meyvələr və qoz-fındığın daxil olduğu sağlam rasion tətrtib edin”, - məşhur vitaminlərin effektivliyinə dair tədqiqatın aparıcı müəllifi, Dr.Devid Cenkins bildirib.

Toksinləri təmizləyən həblər

“Detoks” effekti verdiyi iddia edilən məhsullar bu gün bazarda çoxdur, lakin bu vaxt tamamilə lazımsız xərcdir. Bədənimiz sağlamdırsa, toksinləri süzmək və tamamilə təmizlənmək qabiliyyətinə malikdir. “Təbii detoks üçün bizə sadəcə qaraciyərimiz və böyrəklərimiz lazımdır. Əgər bu orqanlar düzgün işləmirsə, həkimə müraciət etməlisiniz”, - toksikoloq Rayan Marino qeyd edib.

Vitamin D həbləri

 

Həkim resepti olmadan əlavə D vitamini qəbul etmək mənasız olmaqla yanaşı, həm də təhlükəlidir. “Bir müddət sonra D vitamininin heç bir təsiri olmur, ona görə də bu bahalı əlavəni qəbul etmək ən yaxşı halda pul israfıdır” , - elmlər namizədi Məhəmməd Amer bildirib. Ən pis halda, bədəndə D vitamininin həddindən artıq dozası ciddi intoksikasiya əlamətlərinə səbəb ola bilər.

Omeqa-3

Omeqa-3 tabletləri də heç bir maddi fayda vermir. Harvard Məktəbinin Tibb Professoru Peter Koenin sözlərinə görə, təbii omeqa-3 həblərinin işə yaradığına dair heç bir sübut yoxdur. Omeqa-3-ü lazımi miqdarda əldə etmək üçün müntəzəm olaraq yağlı balıq, bitki yağları və qoz-fındıq yemək kifayətdir.

Vitamin C həbləri

C vitaminini bədən qida məhsullarından daha yaxşı əldə edir. Diyetoloq Betani Tayer hesab edir ki, həddindən artıq C vitamini onun antioksidanlarını pro-oksidantlara çevirə bilər. Bu isə həm ishala səbəb olur, həm də bədən hüceyrələrinə zərər verir. Sitrus meyvələri, kələm, şirin bibər, pomidor və göyərti C vitamini ilə kifayət qədər zəngin qidalardır.

Aytən Məftun

Mənbə: publika.az