Toyda bəylə gəlin dava etdi - Yeməyə görə - VİDEO

Toyda bəylə gəlin dava etdi - Yeməyə görə - VİDEO<span class="qirmizi"></span>

Nepalda bəylə gəlin toyları zamanı kimin ilk olaraq kimə yemək verəcəyinə görə savaşıblar.

Milli.Az bildirir ki, NDTV hadisənin videosunu yayımlayıb.

Videoda toy mərasimi zamanı bəylə gəlinin necə şiddətli döyüşə başladığı əks olunub. Qısa videoda gəlin və bəy ənənəvi toy paltarında yan-yana oturublar. Bir neçə saniyədən sonra cütlük bir-birini qidalandırmaq ritualına başlayıb. Lakin hər şey cütlüyün bir-birini müxtəlif istiqamətlərə itələməyə və çəkməyə başlaması ilə başa çatıb. Görüntülərin sonunda gəlinin əvvəlcə bəyi zorla yedizdirməyə çalışdığı, ətrafdakıların isə cütlüyü ayırmağa çalışdığı zaman kişinin gülümsədiyi görünür.

Bu paylaşım sosial mediada 70 mindən çox bəyənmə toplayıb.

İrfan Vəliyev
Milli.Az

 

Mənbə: news.milli.az