“Mavi əjdaha” VAHİMƏSİ: Sahildəkiləri qorxuya salan dəniz canlısı nədir? – VİDEO

Avstraliya sahillərinə çıxan “mavi əjdaha” adlı dəniz canlısı görənləri dəhşətə gətirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhəri yaxınlığındakı Stradbrok adasında sahilə çıxan “mavi əjdaha” sosial şəbəkələrdə günün qəhrəmanına çevrilib.

“Mavi əjdaha” ləqəbli dəniz canlısını ilk dəfə görənlər vahiməyə düşüblər. Onun zəhərli ola biləcəyi ehtimalı isə bu qorxunu daha da artırıb.

Elmi ədəbiyyatda “Glaucus atlanticus” qeyd edilən “mavi əjdaha”nın insanlar üçün təhlükəli canlı olduğu bildirilib.

 

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

İran prezidenti Paşinyanla telefonla danışıb

SONRAKI XƏBƏR

Yaponiyadakı “Toyota” zavodunda koronavirusa görə istehsal dayandırıldı