Bakıda 6 aylıq uşağın həyatı TƏHLÜKƏDƏDİR - FOTO

Bakıda 6 aylıq uşağın həyatı TƏHLÜKƏDƏDİR - FOTO<span class="qirmizi"></span>

Bakıda 6 aylıq uşağın həyatı təhlükədədir.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, 6 aylıq uşaq nənələri tərəfindən sığınacağa gətirilib:

“Anası 4 gündür uşağı atıb qaçıb. Uşaq nənələri tərəfindən sığınacağa gətirilib. Ailə iddia edir ki, uşağın anası bir dəfə onu satıb. Lakin qarşı tərəf qanunvericiliyi bildiyi üçün qorxduğundan prosesi dayandırıb. Hazırda ailə uşağa sahib çıxa bilmədiyini deyir. Nənələri qızın hər an gəlib uşağı qaçırmasından və yenidən satmağa çalışmasından qorxurlar. Uşağın həyatı təhlükədədir.

Aidiyyəti qurumlardan xahiş edirəm ki, təcili olaraq körpənin uşaq evinə yerləşdirilməsi təmin edilsin”.

Könül Cəfərli

Mənbə: www.oxu.az