Fuad Əsgərov işdən çıxarıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib.

“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib.

İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Arvadını ərindən oğurlayan, 19 yaşda ata olan dahi – Bir ulduz axdı

SONRAKI XƏBƏR

Çavuşoğlu Kadırovu Türkiyəyə dəvət etdi