Laçında 552 ailəlik qəsəbəyə gedən yolun abadlaşdırılmasına başlanıldı

 

Laçın Rayonu İcra Hakimiyyəti keçirdiyi iki tenderin nəticəsini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 552 ailəlik qəsəbəyə gedən yolun abadlıq işlərinin satın alınması ilə bağlı tenderin qalibi "Göygöl Tikinti" MMC seçilib. Qalib şirkətlə 45 930 manatlıq müqavilə imzalanıb.

Yolları təmiri işlərinin satın alınması üzrə tenderin qalibi "Star Təmir Construction" MMC-yə isə 47 950 manat ödənilib. Hər iki şirkətə ilin sonuna kimi işləri yekunlaşdırmaq tapşırılıb.

Bizim.Media

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

"Ermənilərin vurduğu ziyan milyard dollarlarla ifadə olunur" - Deputat

SONRAKI XƏBƏR

İslamiadanın qalibi Mariya Stadnik: “Xəbərləri açıb oxuyanda çoxlu neqativlərlə rastlaşırıq”