Abituriyentlərin birincilik MÜBARİZƏSİ - Təhsil tarixində İLK + FOTO

Abituriyentlərin birincilik MÜBARİZƏSİ - <span class="qirmizi">Təhsil tarixində İLK + FOTO</span>

II qrup qəbul imtahanlarında nəticələri açıqlandıqdan sonra maraqlı hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, ilk imtahanda bu qrup üzrə ən yüksək nəticəni 678 balla Aydan Eyvazova göstərib. Lakin o, ikinci dəfə imtahana girməyi seçib və bu yolla nəticəsini daha üç bal artırıb. Yekun olaraq 681 balla ölkə birincisi adını qazanıb.

Lakin həmin vaxt II qrup üzrə 679 balla ölkə ikincisi olan Aysel Abasov da nəticədən narazı qalaraq Apelyasiya Komissiyasına müraciət edib. Komissiya isə onun haqlı olduğunu təsdiqləyərək nəticəsinə üç bal əlavə edib. Beləliklə, Aysel Abasova Aydan Eyvazovanın əlindən ölkə birincisi ünvanını alıb.

Qeyd edək ki, Aydan Eyvazova BANM, Aysel Abasova isə UNEC-də ali təhsil alacaq.

Mənbə: www.oxu.az