Daha bir qazimiz evlə təmin olundu: “İki ailə birlikdə yaşayırdıq” - VİDEO

 

Dövlətimiz hər il həssas kateqoriyadan olan insanların həyat şəraitinin yüksəldilməsi üçün xüsusi proqramlar həyata keçirir. Şəhid ailələri və qazilərin avtomobil, evlə təmin olunması bu proqramın mərkəzində dayanır. Belə qazilərimizdən biri də evlə təmin olunan Səyavuş İmranovdur.

Qazimiz İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Həmin vaxt məqsədlərinin yalnız irəli getmək və əzəli torpaqlarımızı düşmən tapdağından xilas etmək olduğunu bildirib.

Müharibədə iştirakından böyük qürur hissi ilə danışan qazimiz ən ağır döyüşlə bağlı xatirəsini də bölüşüb:

“Ən ağır döyüşümüz Hadrut qəsəbəsinin Ərgünəş dağında olub. Oktyabrın 21-də düşmənin atdığı əl qumbarasından ağır yaralandım. Çox istərdim ki, qalıb, döyüşlərdə iştirak edim. Amma sağlamlığım imkan vermədi”, - deyə o qeyd edib.

Dövlətimizin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğıdan yararlanan Səyavuş İmranov artıq həyat şəraitinin xeyli yaxşılaşdığını da vurğulayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Space"in keçmiş rəhbəri Vaqif Mustafayev "Fəryad" filminin ssenarisini yazmağından danışdı - VİDEO

SONRAKI XƏBƏR

Prokurorluq xəstəxanadakı əməliyyatla bağlı məlumat yaydı