Rəsmilər Nabran çimərliyində

Rəsmilər Nabran çimərliyində <span class="qirmizi"></span>

 

Xəzər dənizinin Xaçmazın Nabran ərazisindəki çimərliklərdə ekoloji aksiya keçirilib.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz İcra hakimiyyəti ilə birgə "Xəzər" günü münasibətilə təşkil etdiyi aksiyada çimərliklər məişət tullantılarından təmizlənib. Çimərliyi təmizləyənlər arasında Xaçmaz İH başçısı Elnur Rzayev və Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdövsi Əliyev də olub.

Elnur Rzayev deyib ki, insanın ətraf mühitə vurduğu zərər onun öz sağlamlığını təhlükəyə artır. Bu səbəbdən hamı təmizliyə ciddi riayət etməlidir. Çimərlik mövsümündə belə təmizlik aksiyasının keçirilməsi yerli sakinlər və Nabranın qonaqlarının razılığına səbəb olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

Mənbə: bizim.media