Bakıda neft məhsulu ilə çirklənən çimərliyə nazirlik əməkdaşları cəlb olundular - YENİLƏNİB - AÇIQLAMA + VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Buzovnada neft məhsulu ilə çirklənmiş dəniz sahilinə baxış keçiriblər.

Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna verilən cavabda deyilir.

Qeyd olunur ki, nazirlik əməkdaşları laboratoriya analizi üçün dənizin suyundan örnəklər götürüblər. 

“Laboratoriya nəticələri vasitəsilə ən qısa zamanda problemin nədən qaynaqlandığı aşkar ediləcək”, - deyə məlumatda bildirilir.

12:54

Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.

Məsələ ilə əlaqədar sakinlər tərəfindən Oxu.Az-a şikayət daxil olub.

Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İrandan sürgün olundu, şah ona ailə qurmağı qadağan etdi, evində ölü tapıldı – Zümrüd gözlü şahzadənin film kimi həyatı...

SONRAKI XƏBƏR

Xüsusi qulluq tələb etməyən, bir ədədi 20-25 qrama yaxın olan tikansız moruq - VİDEO