Amerika nəhəngi xərçəng qalmaqalından sonra məşhur məhsulun satışını dayandıracaq

Amerika nəhəngi xərçəng qalmaqalından sonra məşhur məhsulun satışını dayandıracaq<span class="qirmizi"></span>

Amerika şirkəti Johnson & Johnson (J&J) gələn ildən etibarən özünün məşhur məhsulu - talk əsaslı uşaq pudrasının satışını tamamilə dayandıracaq.

Milli.Az bildirir ki, bu haqda nəhəngin saytındakı press-relizdə deyilir.

Şirkət qarğıdalı nişastası tozunun satışına keçmək üçün "kommersiya qərarı" verdiyini bildirib. O, həmçinin bəyanatda bildirib ki, bu, ona "davamlı" innovasiyalar tətbiq etməyə və "müştərilərinin ehtiyaclarına diqqət yetirməyə" imkan verəcək.

Çeşiddəki dəyişikliklər bir ildən çox davam edən böyük qalmaqaldan sonra baş verib. J&J uşaq pudrası bir neçə il əvvəl ABŞ-da bazardan çıxarılıb, lakin hələ də başqa ölkələrdə satılıb. Şirkət məhsulunun onkoloji xəstəliklərə səbəb olmasında ittiham olunub.

J&J, uşaq pudrası və digər talk tərkibli məhsulların kanserogen olduğunu iddia edən insanlar tərəfindən 30 000-dən çox məhkəmə iddiası ilə üzləşib. İddiaçılar arasında yumurtalıq xərçəngindən əziyyət çəkən qadınlar da olub.

Nəhəngin özü 2021-ci ildə hətta toz ətrafında məhkəmə çəkişmələrinin öhdəliklərinə keçəcək bir törəmə müəssisənin yaradılması və sonradan müflisləşməsi haqqında fikirləşib. Ehtimal olunub ki, belə bir plan zərərçəkənlərə kompensasiyanın bir hissəsinin məbləğini azaldacaq.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az