Dövlət Departamentindən İranda qadın alveri ilə bağlı ŞOK HESABAT

 

ABŞ Dövlət Departamenti İranda qadın alveri ilə bağlı illik hesabat yayıb.

Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, ötən ay dərc edilmiş illik hesabatda iranlı qadınların digər ölkələrdə cinsi istismarı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatında İran bir neçə il ardıcıl olaraq ən uğursuz ölkələrdən biri kimi qiymətləndirilib.

İnsan alverinin vəziyyəti ilə bağlı hesabatda ölkələr bu məsələ ilə necə mübarizə aparmaq, şəffaflıq səviyyəsi və müvafiq standartlara uyğunluq əsasında üç qrupa bölünür. Bu il İran üçüncü, yəni insan alveri ilə məşğul olan ölkələrin ən aşağı kateqoriyasında qərarlaşıb.

Hesabatda, habelə iranlı qızları cinsi ticarət üçün Malayziyaya aparan dəstə üzvlərinin həbsinə də işarə edilib və bunun İranda insan alveri ilə mübarizədə mövcud olan maneələri araşdırmaq üçün nümunə olduğu qeyd olunub.

Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib

SONRAKI XƏBƏR

Deputat kimi qalmaq üçün qızını oğlan edib...