Deputat adına çıxarılan sözləri söyləyibmi? - REAKSİYA

Deputat adına çıxarılan sözləri söyləyibmi? -  <span class="qirmizi">REAKSİYA</span>

Deputat Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara səslənib.

PİA.az bildirir ki, bununla bağlı o, "Facebook" səhifəsində yazıb:

"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram", sitatı paylaşılıb.

 

Mənbə: pia.az