Xaçmazda 40 yaşlı kişi BIÇAQLANDI

Xaçmazda 40 yaşlı kişi BIÇAQLANDI<span class="qirmizi"></span>

Xaçmazda 40 yaşlı kişi yaralı halda rayon mərkəzi xəstəxanasına gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağtala kənd sakini Əfşan İlyasov bir neçə bıçaq xəsarəti alıb.

Onun vəziyyətinin kafi olduğu bildirilib. Əfşan İlyasovun kim tərəfindən bıçaqlandığı bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

Mənbə: bizim.media