Türkiydə Jandarma qüvvələrində ilk qadın general

Türkiydə Jandarma qüvvələrində ilk qadın general<span class="qirmizi"></span>

Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Jandarma Baş Komandanlığının bəzi general və polkovniklərinin təqaüdə çıxması, yeni rütbə alanlar və təyinatla bağlı qərarı dərc olunub.

“Ölkə.Az” “Rəsmi Qəzet”yə istinadən xəbər verir ki, qərara əsasən Jandarma Komandanının müavini general-leytenant Musa Çitil, general-mayor Fuat Güney, briqada generalı Vedat Çolak, briqada generalı Mustafa Başoğlu, briqada generalı Yavuz Özfidan, briqada generalı İbrahim Koyuerin, briqada generalı Hüseyn Hilmi Atabay, briqada generalı Nuri Öztürk, briqada generalı Mehmet Çimen, briqada generalı İsmayıl Sıkı və briqada generalı İbrahim Güvən avqustun 30-dan təqaüdə çıxırlar.

Təyinatlara əsasən, 2 general-mayora general-leytenant, 16-ya briqada generalı general-mayor, 14-ə isə briqada generalı rütbəsi verilib.

Bundan əlavə, Jandarma Baş Komandanlığına ilk dəfə olaraq qadın general təyin edilib. Jandarma Baş Komandanlığının Məişət Zorakılığı ilə Mübarizə və Uşaq Şöbəsinin müdiri, baş polkovnik Özlem Yılmaza briqada generalı rütbəsi verilib. O Jandarma və Sahil Mühafizə Akademiyasının vitse-prezidenti olub.

Digər tərəfdən, 69 general və polkovnikin yeni vəzifəsi açıqlanıb. Onların arasında general-leytenant İsmayıl Balıbek və general-leytenant Hüseyn Kurtoğlu Jandarma Komandirinin müavini təyin edilib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az