Iticketin növbəti biabırçılığı: "Bəzi yerlər məqsədli şəkildə..."

Iticketin növbəti biabırçılığı: "Bəzi yerlər məqsədli şəkildə..."<span class="qirmizi"></span>

 

Iticket hələ bilet satışına saniyələr qalmış çökmüşdü. Görünən odur ki, bu sistem nəinki bilet satışına heç yüksək trafikə dayanıqlı deyildi. Yüksək trafik saytın serverlərində "DDOS attack" effekti yaratdı və səhifələr çox yükləndiyindən açılmadı.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas iticket-in rəsmi saytında “Qarabağ”-“ Viktoria plzen” oyununa biletlərin satılmasında yaşanan problem haqqında danışarkən deyib.

Onun sözlərinə görə, biletlər satışa çıxarılan ilk dəqiqədə artıq bütün biletlər satılmış olaraq göstərilib:

“İşlək olan sayt üçün əməliyyatı sonlandırmaq elə bir dəqiqdən çox vaxt alır. Yəni bəzi yerlər məqsədli şəkildə satışa verilməmişdi.

Üçüncü və ən əsas problem ödəniş sisteminin sayta cavab verməməsi idi. Iticket yerləri seçdiyin halda 30 dəqiqəlik həmin yerləri "hold" edir. Yəni saxlayır. Bu müddət ərzində ödəməni edib, bileti almaq lazımdır. Lakin, ödəniş sistemi ödəmə təsdiqi verdiyi halda iTicket əməliyyatıın statusunu dəyişmədi. Deməli, ödəniş sistemi yəni 3-cü tərəfdən gələn məlumat da sistemə daxil olmayıb. Böyük ehtimal API-lar ilə bağlı problem olub.

Buna görə də kartlardan pul çıxsa da sayt bileti təsdiqləməyib. Lakin burada məsələni trafikin üstünə atmaq da absurddur. Trafik serverlərdə ləngimə və yüklənmə yarada bilər amma pulu çıxıb bileti verməmək inteqrasiya problemidir. Azərbaycanın böyük ödəmə prosessing mərkəzi 30 min bileti 2 saata proses edə bilmirsə, bu başqa biyabırçılıqdır”.

Qeyd edək ki, “Qarabağ”-“ Viktoria plzen” oyununa biletlər satlan zaman balansdan pul çıxılsa da, biletlər alıcılara göndərilməyib. Bu isə sosial şəbəkələrdə çoxsaylı şikayətlərə səbəb olub.

Mənbə: teleqraf.com