ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı dişləyib öldürdü - FOTO

Türkiyənin Bingöl vilayətinin Kantar kəndində görünməmiş hadisə baş verib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, evinin arxa bağçasında oynayan 2 yaşlı qızı ilan sancıb. Bu zaman uşaq qışqırmağa başlayıb. Onun səsini eşidib köməyə gələn qonşuları təəccüb bürüyüb.

Qeyd olunub ki, qonşular ilanı qızın ağzında sıxılmış vəziyyətdə tapıblar. Məlumata görə, 2 yaşlı SE (şərti ad) alt dodağını sancdığına görə intiqam almaq üçün 50 sm uzunluğu olan ilanı dişləyərk öldürüb.

Təcili olaraq Bingöl Doğum və Uşaq Xəstəxanasına çatdırılan uşaq 24 saat müşahidə altında saxlanılıb.

Onun sağlamlığı üçün təhlükə yoxdur.

screenshot_2.png (410 KB)

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub

SONRAKI XƏBƏR

Bakıda ağır qəza: Avtomobil yolu keçən velosipedçini vurdu