Avropada odun yığmağa başladılar – Qiymətlər 240 faiz artdı

 

Rusiyanın Avropa İttifaqı sanksiyaları səbəbindən təbii qaz nəqlini azaltması ilə Avropada qışda evlərdə istilik problemlərini həll etmək üçün tədbirlər gücləndirilib. Almaniya, Hollandiya, Belçika, İsveç, Slovakiya, Estoniya və Baltikyanı ölkələrdə insanlar qışa hazırlıq üçün odun yığmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu ölkələrdə odun tucarəti artan tələbatla ayaqlaşa bilmir, odunun qiymətləri isə artıb.

Məlumata görə, Estoniyada odun 240 faiz bahalaşıb.

Qeyd edək ki, Avropa enerji böhranı ilə mübarizə aparmaq üçün bilbordlar işıqlandırılmayacaq, kömür elektrik stansiyaları yenidən işə düşəcək, ictimai binalar aşağı səviyyədə qızdırılacaq, davamlı istifadə olunmayan məkanlara istilik verilməyəcək. Qış üçün şam və ağac ehtiyatları hazırlanacaq, ictimai binalarda və mağazalarda işıqlar söndürüləcək, isti su yerinə soyuq sudan istifadə olunacaq, yeməyi qızdırmaq üçün mikrodalğalı sobalar işə yarayacaq.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Alim Qasımov yubileyini dağ başında qeyd elədi – Özündən AÇIQLAMA

SONRAKI XƏBƏR

Geriyə dönmək istəyən "Jiquli" "Mercedes"lə toqquşdu: Ölən var