Fövqəladə vəziyyət elan olunundu: BU ƏRAZİLƏR QAZSIZ QALDI

Bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

"Azəriqaz"dan Gundem.az-a verilən məlumata görə, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Gundem.az

ƏVVƏLKİ XƏBƏR

“Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib

SONRAKI XƏBƏR

Zabux sakini Baku TV-yə danışdı: “30 il bir yerdə yaşamaq, oranın sahibi olmaq demək deyil” - VİDEO