Ukraynada azərbaycanlı döyüşçü həlak olub

Ukraynada azərbaycanlı döyüşçü həlak olub<span class="qirmizi"></span>


Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzov Report-a məlumat verib. O bildirib ki, sözügedən şəxs, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.
O, Donetsk vilayəti istiqamətində həlak olub.
V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.

Mənbə: www.yeniavaz.com