Ağdamdakı qəbir daşları belə yoxa çıxdı... – Şok video

Ağdamdakı qəbir daşları belə yoxa çıxdı... – Şok video<span class="qirmizi"></span>

Rusiyalı blogerin 2008-ci ildə Ağdamda çəkdiyi görüntülər ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər azərbaycanlılara məxsus qəbiristanlıqda qeydə alınıb.

Bloger çəkiliş zamanı ermənilərin qəbir daşlarını dağıtmasına heyrətlənib:

“Mən başa düşə bilmirəm, qəbir daşlarını necə dağıtmaq olar? Bunu heç cür başa düşə bilmirəm”.

2020-ci ildə Azərbaycan Ordusu Ağdamı işğaldan azad etdikdən sonra bəlli oldu ki, bu ərazilərdə bir dənə də olsun qəbir daşı salamat qalmayıb, tam olaraq yox edilib.

 

Mənbə: axar.az