KİV: Britaniyada 3 milyon evin su altında qalmaq təhlükəsi var

KİV: Britaniyada 3 milyon evin su altında qalmaq təhlükəsi var<span class="qirmizi"></span>

 

Bakı, 16 avqust, AZƏRTAC

Birləşmiş Krallığın təcili xidmətləri bir sıra rayonların əhalisini 3 milyon evin su altında qalmasının mümkünlüyü barədə xəbərdar edib.

AZƏRTAC Daili Mail qəzetinə istinadla xəbər verir ki, sakinlərə havanı diqqətlə izləmək və təxliyə halında ən vacib olanları götürmək tövsiyə edilib.

Sinoptiklərin məlumatına görə, leysan yağışlar elektrikin kəsilməsinə və yollarda tıxacların yaranmasına səbəb ola bilər. Böyük Britanıyanın meteoroloji xidməti öz növbəsində xəbərdarlıq edib ki, ölkənin bəzi rayonlarında üç saat ərzində bir aylıq norma qədər yağıntı düşə bilər.

Gözlənilən tufanla bağlı Şotlandiya, Şimali İrlandiya, İngiltərə və Uelsdə narıncı səviyyəli hava təhlükəsi elan olunub.

Mənbə: azertag.az