Türkiyədə azərbaycanılılara mənzil satışı azaldı - SİYAHI

Türkiyədə azərbaycanılılara mənzil satışı azaldı - SİYAHI<span class="qirmizi"></span>

2022-ci ilin yanvar-iyul aylarında (7 ayda) azərbaycanlılar Türkiyədə 767 mənzil (ev) alıblar.

Türkiyədə evlərin ən çox bahalaşdığı şəhərlər - MƏLUM OLDU – SİYAHI, QİYMƏTLƏR

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil, iyulda isə 65 alıblar. Beləliklə, iyun ayı ilə müqayisədə iyulda azərbaycanlıların aldığı mənzillərin sayı 2 dəfədən çox azalıb.

Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-iyul aylarında Türkiyədə 720, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil, iyulunda 127 mənzil almışdılar.

Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.

Mayda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 13-cü yeri tutublar.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyədə ev satışları iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 12,9% azalaraq 93 min 902 olub. Bu, 2021-ci ilin avqustundan bəri ilk illik azalmadır.

Xaricilərə mənzil satışı iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 12,4% azalaraq 3 min 939 olub. Xaricilərə ev satışında ilk yeri 1421 ev satışı ilə Antalya tutub. Antalyanın ardınca 1154 ev satışı ilə İstanbul və 289 ev satışı ilə Mersin gəlir.

İyulda Rusiya Federasiyası vətəndaşları Türkiyədən 1288 ev alıblar.

Qeyd edək ki, son aylar Türkiyədə evlər kəskin bahalaşıb (Marja).

Mənbə: fed.az