20 milyon insan ifrat yoxsulluqla üzləşə bilər

 

Ukraynadakı münaqişə 20 milyon insanı ifrat yoxsulluğa sürükləyə bilər. BMT-nin “2022-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri haqqında” hesabatında qeyd olunub. Hesabata görə, dünyada gündə 1,90 dollardan az pulla yaşayan yoxsulların sayı 2022-ci ildə 656,7 milyon nəfər təşkil edəcək. Eyni zamanda, ərzaq qiymətlərinin artması və Rusiyanın Ukraynadakı hərbi əməliyyatının daha ​​geniş nəticələri səbəbindən bu rəqəm 676,5 milyon nəfərə qədər arta bilər.

BMT-nin baş katibi Antonio Quterreş qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi təkcə ərzaq, yanacaq və gübrələrin qiymətlərinin sürətlə artmasına səbəb olmayıb, həm də təchizat zəncirlərini və dünya ticarətini pozub və maliyyə bazarlarında problemlər yaradıb.


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda yeni partiya yaradılır

SONRAKI XƏBƏR

İran nüvə məsələsi ilə bağlı yekun sənədi Avropa Birliyinə təqdim etdi