Boşanmaların tempi və coğrafiyası

Boşanmaların tempi və coğrafiyası<span class="qirmizi"></span>

2022-ci ilin birinci yarısında Azərbaycanda 7531 boşanma qeydə alınıb, hər 1000 nəfərə 1,5 boşanma düşüb.

Publika.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin yarım illiyə dair hesabatında qeyd olunub. Məlumatda göstərilir ki, cari ilin altı ayında Bakıda hər 1000 nəfərə 2,2 boşanma rəsmiləşib.

Hər 1000 nəfərə boşanmanın 1,5-dən yüksək olduğu digər bölgələr bunlardır:

Mingəçevir, Zəngilan – 2,1

Naftalan – 2

Ağdam, Naxçıvan şəhəri, Sumqayıt, Şahbuz – 1,9

 

Füzuli, Qubadlı, Samux, Şirvan şəhəri, Yevlax – 1,8

Gəncə, Xocalı – 1,7

Cəbrayıl, İsmayıllı, Kəlbəcər, Laçın – 1,6.

Mənbə: publika.az