Mingəçevirdə aidiyyəti qurumların xəbərsiz olduğu qəzalı yataqxana - VİDEO

Mingəçevirdə aidiyyəti qurumların xəbərsiz olduğu qəzalı yataqxana - <span class="qirmizi">VİDEO</span>

 

Mingəçevirdə beşmərtəbəli yataqxana binasının sakinləri həyəcan təbili çalır. Onlar hər an binanın çökə biləcəyindən qorxurlar.

Şəhərin Üzeyir Hacıbəyov 2 ünvanında yerləşən binada 50-yə yaxın ailə yaşayır. Onlar beş ildən artıqdır kanalizasiya sularının zirzəmiyə axdığını deyirlər. İllərdir zirzəmiyə dolan çirkab sular binanı uçmaq təhlükəsi ilə üz-üzə qoyub.

Uzun illər sözügedən binada yaşayan Bəsti Heydərova müəllim işləsə də, bu illər ərzində rahat şəraitdə yaşaya bilmədiyini, hətta rütubətdən xəstəlik tapdığını deyir.

Mövcud problemlə bağlı Mingəçevir Sukanal İdarəsindən bildirilib ki, qurum yataqxana binasını yalnız su ilə təmin edir, həmin bina onların balansında deyil.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ ilə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə müraciət edilməlidir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Mənbə: www.oxu.az