"MƏNİ ÖLÜMÜN PƏNCƏSİNDƏN ALIN!" - 22 yaşlı gəncin ürəkparçalayan müarciəti + FOTOLAR

"MƏNİ ÖLÜMÜN PƏNCƏSİNDƏN ALIN!" - 22 yaşlı gəncin ürəkparçalayan müarciəti + FOTOLAR<span class="qirmizi"></span>

22 yaşlı gənc - Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Əbdürrəhmanov Cabbar Faiq oğlu "AzPolitika.info"ya ürəkparçalayan müraciət göndərib.

Ömrünün cəmi iki on ilini yaşamış Cabbar nə iş istəmir, nə maddi təminat. Bu həyat dolu gəncimiz yaşamaq, var olmaq istəyir. Bilir ki, daşıdığı anadangəlmə ürək qüsuru insan ömrünü gözləmədiyi anda qıra, arzuları, ümidləri bir anda məhv ola bilər...

Cabbar onu da bilir ki, bu xəstəliyin müalicəsi var, imkanı olan insanlar müalicə olunub sağalır, həyata davam edir. O da şanslı gənclərdən biri olmaq istəyir, fəqət, nə ailəsinin, nə də yaxınlarınn tələb olunan vəsaiti toplamağa imkanı yoxdur. Çünki Belarusda, Almaniyada klinikaların istədiyi 200 min manat onlar üçün əlçatmaz, fantastik rəqəmdir.

Amma Cabbar ümidsiz deyil, Azərbaycan xalqına, onun mərhəmətli, yardımsevər insanlarına, imkanlı şxəslərinə güvənir, onların dəstəyinə ümid bəsləyir: "Sizə yalvarıram, Allah xətrinə, mənə kömək edin, yaşamaq istəyirəm. Kimin hansı məbləğə imkanı çatır, bu karta göndərsin, telefon nömrəsi ilə əlaqə saxlasın. Bilirəm ki, indi fırıldaqçılar, dələduzlar çoxdur, insanlarımızı aldadırlar, şübhə yaradırlar. Nəticədə mənim kimi həqiqi kömyə ehtiyacı olanlar ağrı-acılar içində məhv olub həyatdan gedirlər. Bütün suallarına cavab verərəm, xəstəliyimlə bağlı sənədləri göndərərm. Yetər ki, məni öülümün pənəsindən almağa dəstək əli uzadın!..." (Telefon: 050 791 15 23)

P.S:"AzPolitika.info"nun əməkdaşı Cabbar Əbdürrəhmanovun həqiqətən anadangəlmə ürək qüsuru olduğu barədə sənədlərlə tanış olub və redaksiya xeyirxah insanlardan ona dəstək olmağı xahiş edir.

"AzPolitika.info"

Mənbə: azpolitika.info