Bu ölkədə meymun polis qaynar xəttinə zəng etdi

Bu ölkədə meymun polis qaynar xəttinə zəng etdi<span class="qirmizi"></span>

ABŞ-ın Kaliforniya ştatında polis 911 xəttinə edilən zəngdən sonra sözügedən bölgəyə gedib.

Ölkə.Az "Star" qəzetina istinadla xəbər verir ki, heç bir insana rast gələ bilməyən qrup zəngin mənbəyini tapmaq üçün işləri daha da dərinləşdirib.

Müəyyən edilib ki, zəng kurortun qolf arabasındakı telefondan və kapuçin meymunu tərəfindən edilib.

Qeyd edək ki, kapuçin meymunları tapdıqları əşyalarla məşğul olmağı sevən maraqlı heyvanlar kimi tanınır.

Fidan

Mənbə: olke.az