Qarpız daşıyan “Qazel” qadını vuraraq aşdı - VİDEO

 

Saatlıda qarpız daşıyan “QAZ-33021” markalı yük avtomobili aşıb.

Hadisəyə səbəb ana və uşağının piyada keçidi olmayan yoldan keçməsi olduğu qeyd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a bildirib ki, hadisə Saatlı rayonunda baş verib:

“Sabirabad rayon sakini S.Əmrahov idarə etdiyi “QAZ-33021” markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən bir qadını vurub. Daha sonra idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsi yol kənarına aşıb.

Hadisə zamanı sürücü heç bir xəsarət almayıb, qadının isə müayinə zamanı yüngül xəsarətlər alması müəyyən edilib. Müayinədən sonra həmin qadın evə buraxılıb”.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

 

İlhamə Əbülfət

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tramp Ziya Məmmədovu məhkəməyə verir – QALMAQALIN ŞOK SƏBƏBİ

SONRAKI XƏBƏR

Günvurma zamanı nələrə diqqət yetirməliyik? – Həkimdən MƏSLƏHƏTLƏR