İlin birinci yarısında Azərbaycanda 61 mindən çox körpə doğulub

İlin birinci yarısında Azərbaycanda 61 mindən çox körpə doğulub<span class="qirmizi"></span>

 

Bakı, 17 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 61 min 234 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 11.3-dən 12.3-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.7, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələrdən 1726-sı əkiz, 87-si isə üçəmdir.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

İlin birinci yarısında ölkədə 32 min 589 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.5-dən 6.5-ə enib.

Mənbə: azertag.az