Telman İsmayılovun bazarının yerində mikrorayon salınır

Telman İsmayılovun  bazarının yerində  mikrorayon salınır<span class="qirmizi"></span>

Vaxtıilə azərbaycanlı milyonçu Telman İsmayılova məxsus olan Çerkizov bazarının yerində binalar tikiləcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Moskva Tikinti Departamentinin rəhbəri Rafiq Zaqrutdinov məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə 8 ev tikiləcək. Bu evlər 4304 mənzildən ibarət olacaq.

Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov (“AST Telman”) iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. T. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb və onun axtarışı İnterpol vasitəsilə həyata keçirilib.

Mənbə: lent.az