Rusiyada koronavirusa yoluxma halları artır

Rusiyada koronavirusa yoluxma halları artır<span class="qirmizi"></span>

Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 37 609 nəfər yoluxub.

APA TASS-a istinadən xəbər verir ki, operativ qərargahın dünən yaydığı məlumatda yoluxma sayı 35 809 nəfər kimi göstərilirdi.

Bununla da, Rusiyada martın 14-dən koronavirusa maksimal yoluxma qeydə alınıb.

Son sutkada 65 nəfər virusdan vəfat edib, 21 887 nəfər isə sağalıb.

Ümumilikdə, Rusiyada bu günə qədər 19 037 664 yoluxma və 383 427 ölüm faktı qeydə alınıb.

Mənbə: azpolitika.info