Türkiyədə müalicə alan qazilər Vətənə qayıtdılar - FOTO

Türkiyədə müalicə alan qazilər Vətənə qayıtdılar - FOTO<span class="qirmizi"></span>

 

Türkiyədə müalicə alan qazilərimiz Qeybəliyev Kamran Bünyat oğlu və Əhmədov Aqil Mürsəl oğlu ölkəyə geri qayıdıblar.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb.

Ağır yaralanan qazimiz Bayramov Hafis Talif oğlu isə müalicə məqsədi ilə Türkiyəyə göndərilib.

Xatırladaq ki, bu günə qədər 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mənbə: www.oxu.az