Cümhuriyyət ordusunda hərbi mollalar olub? - MARAQLI

Cümhuriyyət ordusunda hərbi mollalar olub? - MARAQLI

Cümhuriyyət ordusunda hərbi molla

 

Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra dövlətin dini siyasəti xüsusi istiqamətdə aparılırdı. Bu işə Nəsib bəy Yusifbəyli nəzarət edirdi. Yeni dövlətdə dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətdə saxladı.

Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirilirdi. Bu ştat komandirin müavini hesab olunurdu. Alayda bu işi molla həyata keçirirdi. Əsas şərt dini təhsil idi. Daha bir tələb o idi ki, bu adam döyüşçüləri arxasınca apara bilsin. Həmçinin Hərbi mollanın vəzifəsi natiq, həm də təbliğatçı kimi tanınmaq idi. Şərtlərdən biri də həmin şəxsin 25 yaşdan aşağı olmaması, dini təhsillə yanaşı tanınan islam xadimlərinin xəsiyyatnaməsini almalı idi.

Orduda bütün hüquqi məsələrinin həllini də şəriət məhkəməsi həyata keçirirdi. Azərbaycan ordusunun əsgərlər və zabitləri hərbi geyimlə yanaşı milli papaq mütləq qoymalı idi. Din xadimlərinin düşüncəsinə görə milli papaqda olan əsgər Allaha və Vətənə daha sadiq ola bilərdi. Hərbi mollalar əsgərinin İbadətlərin təşkili ilə yanaşı, tədrisi ildə məşğul olurdu. Döyüş zamanı şəhid olan əsgər hərbi molla və onun köməkçiləri tərəfindən islami qaydada yuyulur, kəfənlənir və dəfn edilirdi.

Hərbi mollalar döyüş öncəsi Allaha dua edir, əsgərlərə müsbət motivasiya qazanmaqda kömək edirdi. Ümumi namaz zamanı hərbi molla dəstənin başında dururdu. O, əsgərlərə nəinki din dərsi, tarix, mədəniyyət, milli və digər mövzularda söhbətlər edirdi.

Hərbi mollaların təklifi ilə həftənin cümə günləri əsgərlərə və zabitlərə dincəlmək hüququ verildi. Hökumət hər hansı qərar qəbul edərkən din xadimləri ilə məsləhətləşir, onların tövsiyyələrini nəzərə alırdı. Xüsusilə şəriət məhkəmələri hökumət yanında sözü keçərli idi. Hətta çar ordusunda, ikinci dünya müharibəsi illərində Almaniya tərəfində vuruşan legionerlərin içərisində belə hərbi molla vəzifəsi olub.

Zaur Əliyev, dosent

Mənbə: ednews.net