Bayden bu tələbələrin borcunu sildi

Bayden bu tələbələrin borcunu sildi

ABŞ Prezidenti Co Bayden amerikalı tələbələr üçün 5 milyard dollarlıq tələbə borcunun ləğvi barədə göstəriş verib.

Bu haqda “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, kreditlərin ödənilməsi üçün dövlət proqramlarında iştirak edən 74 min tələbənin gələcək gəlirləri hesabına borcları silinəcək.

Mənbənin sözlərinə görə, bu qərar ABŞ-də gələcək prezident seçkiləri nəzərə alınaraq qəbul edilib.

Bayden orijinal planda təxminən 40 milyon tələbə üçün 20,000 dollar kredit bağışlanmasını nəzərdə tutduğunu bildirib.

Mənbə: qafqazinfo.az