Abşeronda ev yandı - FHN

Abşeronda ev yandı - FHN<span class="qirmizi"></span>

Abşeron rayonun Digah qəsəbəsində yaşayış evi yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.
Məlumata görə, Abşeron rayonunun Digah qəsəbəsində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

Mənbə: bizim.media