Təhsil Tələbə Krediti Fondundan 351 nəfər imtina cavabı alıb

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti üçün müraciət edənlərdən 351 nəfəri imtina cavabı alıb, 1060 nəfərin müraciəti isə natamam olaraq qiymətləndirilib. Habelə 1761 tələbəyə kredit verilib.

Təhsil Tələbə Krediti Fondundan Tehsil.biz-ə bildirilib ki, 2022-2023-cü tədris ilinin payız sessiyasında 4214 nəfər təhsil tələbə krediti almaq üçün müraciət edib.

Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestrindən etibarən əyani təhsil alan tələbələrə kreditin verilməsinə başlanılıb.

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

Tofiq Zülfüqarov: “Bizim də İrana deyiləsi çox sözümüz var”

SONRAKI XƏBƏR

ABŞ raketləri izləyən təyyarəni havaya qaldırdı