Goranboyda və Mingəçevirdə güclü külək fəsadlar törədib

Goranboyda və Mingəçevirdə güclü külək fəsadlar törədib<span class="qirmizi"></span>


Goranboyda və Mingəçevirdə əsən güclü külək fəsadlar törədib.
Yeniavaz.com xəbər verir ki, Goranboyda 1 qəsəbə, 6 kənd işıqsız qalıb, Mingəçevirdə isə şəhərin Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb. Nəticədə həmin ünvanda 3 binada yaşayan, 45 abonentə qaz verilişində fasilələr yaranıb. Adiyyəti qurumların əməkdaşları əraziyə gələrək yaranmış problemi aradan qaldırıblar.
Bina sakinləri bildiriblər ki, dəfələrlə adiyyəti qurumlara məlumat veriləsə də, quru çinar ağacı vaxtında kəsilib götürülməyib. Ötən gecə əsən güclü külək isə həmin iri gövdəli ağacın bir hissəsini binanın üzərinə aşırıb.
Təbiət hadisəsi zamanı Goranboyun Boluslu, Balakürd, Eyvazlılar, Məşədiqaralar, Nərimanlı, Zeynallı kəndlərinin sakinləri gecəni şam işığında keçirmək məcburiyyətində qalıblar. Rayonun ən böyük qəsəbələrindən olan Qızılhacılıda da enerji verilişində fasilələr yaranıb. İşıqsız qalan qəsəbədə, işıqforlar da istifadəsiz qalıb. Həmçinin Qızılhacılıda külək iri ağacı yola aşırıb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.



Esmira Hidayətova

Mənbə: www.yeniavaz.com