Britaniyalı lotereyada 171 milyon funt-sterlinq uddu

Britaniyalı lotereyada 171 milyon funt-sterlinq uddu<span class="qirmizi"></span>

 

Böyük Britaniyada bilet sahibi EuroMillions lotereyasında 171 milyon funt-sterlinqdən (təxminən 185,7 milyon dollar) çox pul udub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Camelot Group” lotereya operatorunun qaliblərlə iş üzrə baş məsləhətçisi Endi Karter məlumat verib.

"171 milyon funt-sterlinq EuroMillions cekpotunu qazanan bilet sahibi üçün nə gözəl gecədir". Sky News onun dediklərindən sitat gətirib.

Karter qeyd edib ki, bu, lotereya tarixində üçüncü ən böyük uduşdur.

“Camelot Group”dan verilən açıqlamaya igörə, qalib mükafata sahib olduğunu deyib.

Adı açıqlanmayan şəxs lotereyanın bütün yeddi nömrəsini təxmin edə bildiyi biletini təqdim edib.

Mövcud qaydalara görə, uduşlar təsdiqləndikdən və ödənildikdən sonra milyonçu adının açıqlanıb-açıqlanmayacağı barədə qərar verəcək.

Əgər o, anonim qalmaq qərarına gəlsə, o zaman mətbuat şanslı biletin ölkənin hansı bölgəsindən alındığı barədə məlumat belə dərc etməyəcək.

Bizim.Media

Mənbə: bizim.media