Fransa polisi İran səfirliyini qorudu, bəs Azərbaycanın?

Fransa polisi İranın Parisdəki səfirliyi qarşısında bir neçə yüz nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə yerli KİV məlumat yayıb.

“Səfirlik binasına gedən yolda polis kordonunu yarmaq və diplomatik nümayəndəliyə soxulmaq istəyən nümayişçiləri geri itələmək üçün polis bir neçə dəfə etirazçılara gözyaşardıcı qaz tətbiq edib”, – məlumatda deyilir.

Eyni zamanda, bu ərəfələrdə İranda etirazçılara dəstək məqsədilə Fransa paytaxtında da iki nümayiş keçirilib. Marsel, Bordo, Strasburq, Lion və Renn şəhərlərində bir sıra etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, bir müddət öncə Parisdə erməni vandalları tərəfindən Azərbaycan səfirliyinə hücum zamanı Fransa polisi ən adi təhlükəsizlik tədbirləri belə görməmişdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İranda dövlətə dəstək aksiyaları keçirildi

SONRAKI XƏBƏR

Şok: Rusiyanı 5 gündə 261 min kişi tərk etdi