Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb<span class="qirmizi"></span>

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.

1996-cı il təvəllüdlü Anar Bayramlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil yolu keçən Saatlı rayon sakini, 1977-ci təvəllüdlü Rəzmiyyə Əhmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb

Mənbə: www.oxu.az