Şəhid anasının vəfatı ilə bağlı xəstəxanadan - AÇIQLAMA

Şəhid anasının vəfatı ilə bağlı xəstəxanadan - <span class="qirmizi">AÇIQLAMA</span>

Xəbər verdiyimiz kimi, şəhid Anar Kazımovun anası Səyyarə Alıyeva Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olunduqdan sonra vəfat edib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib. Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.

Mənbə: qafqazinfo.az