Bakı-Sumqayıt yolundakı tıxac problemi NƏ VAXT HƏLL OLUNACAQ? - VİDEO

Bakı-Sumqayıt yolundakı tıxac problemi NƏ VAXT HƏLL OLUNACAQ? -  <span class="qirmizi">VİDEO</span>

Çəkiliş aparılan vaxt səhər 8-9 radələridir. Məkan isə Bakı Beynəlxalq Avtovağzalının yanı. Daha dəqiq desək, Bakı-Sumqayıt magistralı. Kimisi işə tələsir, kimisi isə dərsə. Ancaq tıxac səbəbindən insanlar hər gün vaxtlarının xeyli hissəsini bu yollarda keçirirlər.

Sərnişinlər isə bildirirlər ki, Sumqayıtdan Bakıya, daha doğrusu, metronun 20 yanvar stansiyasına birbaşa marşrut xətti olmadığı üçün məcbur qalıb taksilərə üz tuturlar. Bu da həmin istiqamətdə sıxğılı artırır. Bakı Beynəlxalq Avtovağzalına işləyən avtobuslardan istifadə isə əlverişli deyil.

Sərnişinlərin başqa bir tələbi də avtobusların sayının artırılması,daşınmanın tezləşdirilməsidir. Sözügedən məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt-Bakı xətti üzrə 14 ədəd avtobus fəaliyyət göstərir ki, onların da hərəkət intervalı 8-10 dəqiqədir. Günün pik saatlarında bu interval bir qədər də azaldılır.Bakı Nəqliyyat Agentliyindən isə qeyd edildi ki, qurumun səlahiyyətinə yalnız Bakı Beynəlxalq Avtovağzalından şəhərə və şəhərdaxili marşrut xətlərinin təşkilini həyata keçirilməsi daxildir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun bildirir ki, 2007-ci ildən bəri Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində işlər görülür. Ancaq təkcə bununla ərzidə tıxacın qarşısını almaq mümkün deyil.

Ekspert sözügedən ərazi üzrə ictimai nəqliyyatın sayının yetərli olmadığı qənaətindədir. O həmçinin bildirir ki, problemin həlli üçün avtobusların hərəkət intervalı artırılmalı, Bakı-Sumqayıt qatarının qrafiki dəyişdirilməlidir.

Ekspertin fikrincə, məskunlaşma və nəqliyyatla bağlı məsələlər aradan qaldırımasa, Bakı-Sumqayıt yolunun tıxac problem həllini tapmayacaq.

Mənbə: baku.ws