Göydən ölü quşlar yağdı: Mütəxəssislərdən xəbərdarlıq - VİDEO

Göydən ölü quşlar yağdı: Mütəxəssislərdən xəbərdarlıq - VİDEO<span class="qirmizi"></span>

Göydən düşən onlarla quş yeni xəstəlik qorxusunun fitilini alovlandırıb.

Hadisə İrlandiyada baş verib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, irlandiya ətrafındakı çimərliklərdə və limanlarda ölü sümsük quşları tapılıb və ekspert biotəhlükəsizlik üçün real təhlükə yaradan vəziyyətlə bağlı təcili tədbirlər görməyə çağırıb. Hazırda İrlandiyada göydən düşən ölü quşlar ictimaiyyətdə də ciddi narahatlıq yaradıb. Ölkə boyu çimərliklərdə və limanlarda ölü quşların tapılması əhali arasında təşviş yaradıb.

Sözügedən hadisə yeni növ quş qripi qorxusuna səbəb olub. Son vaxtlar İngiltərədə də buna bənzər hadisələrin baş verməsi ciddi narahatlıq doğurub. Mütəxəssislər problemin İrlandiyaya da sirayət etməsindən narahatdırlar.

Milli.Az

 

Mənbə: news.milli.az