Yaponiyanın Vladivostoktakı konsulu SAXLANILDI - VİDEO

 

Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham edərək saxlayıb.

Bizim.Media "ria novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya konsulu “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri” və “Qərbin sanksiyalar siyasətinin Primorsk diyarında iqtisadi vəziyyətə təsiri haqqında” məxfi məlumatları alarkən cinayət başında yaxalanıb.

Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz bildirilib. Konsulun özü arzuolunmaz şəxs elan edilib.

Qeyd edək ki,Rusiya mediasında Motoka Tatsunorinin dindirilməsi ilə bağlı istintaq çəkilişinin görüntüləri də yayılıb.

Bizim.Media

 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

İranda tələbələr dərsə gəlməkdən imtina etdilər

SONRAKI XƏBƏR

İlham Əliyev Anım Günü ilə bağlı paylaşım etdi