Ağsuda Anım Günü qeyd edildi

Ağsu rayonunda Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Hüquq-Mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndələri, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Redaktor.az xəbər verir ki, tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Çıxış edənlər Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu xüsusi vurğulayıblar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açılıb, onların hər birinin qəhrəman olduğu və bu gün Azərbaycan xalqının onlarla qürur duyduğu bildirilib.

Sonra Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun üzərində yerləşən ərazidə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilmiş ağacəkmə aksiyası keçirilib.

Daha sonra YAP Ağsu rayon təşkilatı və Ağsu rayon İcra Hakimiyəti nümayəndələri, idarə və müəssisə rəhbərləri şəhid ailələrini ziyarət edərək onlara dərin hüznlə başsağlığı veriblər.

TUNAR

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalılar səfərbərlikdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər – VİDEO

SONRAKI XƏBƏR

Maquayr azarkeşlərdən üzr istədi