Neftçalada 14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb

Neftçalada 14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb<span class="qirmizi"></span>

Neftçalada 14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıb.

“Report”un Aran bürosunun məlumatına görə, sentyabrın 12-13-də Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçın istiqamətində düşmənin genişmiqyaslı təxribatının qarşısını alan zaman şəhid olmuş Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib.

Şəhidlə evdə vida mərasimi keçirilib. Sonra şəhidin nəşi Neftçala şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Neftçala rayonunun Bankə qəsəbəsində doğlub. Hərbi xidmətdən evə gəlməyə bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.

Allah rəhmət eləsin!

Mənbə: report.az